Süni intellekt artıq sadəcə "gələcək texnologiyası" deyil — bu gün demək olar ki, hər sahədə iş prosesinin bir hissəsinə çevrilib. Bu da karyera qurma tərzini kökündən dəyişir.
AI alətlərindən səmərəli istifadə edən developerlər eyni tapşırığı daha qısa müddətdə yerinə yetirir. Bu, işəgötürənlər üçün açıq-aşkar üstünlükdür və müsahibələrdə tez-tez soruşulan mövzuya çevrilib.
Amma diqqət: AI alət, mütəxəssis deyil. Kodun niyə işlədiyini anlamadan yalnız təklif olunan həlli köçürmək uzunmüddətli inkişafa mane olur. Ən güclü mövqe — AI-dan sürətlənmək üçün istifadə edib, əsas məntiqi özün qurmaqdır.
Academiq-in AI Engineering kursu məhz bu tarazlığı öyrədir: həm modellərin necə işlədiyini, həm də onları real məhsula necə inteqrasiya etməyi.
